Hərbi maşın Zəfər Yolunda qəzaya uğradı

Hərbi maşın Zəfər Yolunda qəzaya uğradı
Xocalıda hərbi maşın qəzaya uğrayıb.
Hadisə rayonun Tanaxçı kəndində, Zəfər Yolunun 176-cı kilometrliyində baş verib.
"Mercedes" markalı minik avtomobil yolun kənarında dayanmış MAZ markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb. "Mercedes"in sürücüsünün ərazidə aparılan təmir-tikinti işlərində çalışan şəxslərdən biri olduğu bildirilir.
Hadisəni DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"ya təsdiqləyib. 
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org