Lökbatanda yolu su basmasının səbəbi açıqlandı - VİDEO (YENİLƏNİB)

Lökbatanda yolu su basmasının səbəbi açıqlandı - VİDEO (YENİLƏNİB)
Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.
Bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadaları cəlb olunub, lazımi tədbirlər görülür.
***
09:04
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basıb.
Subasma nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.
Hazırda yol polisi əməkdaşları tıxacın aradan qaldlrıması üzrə işlər görürlər.

Gundelik-Baku.Org