Bakıda sərxoş kişini avtomobil vurdu

Bakıda sərxoş kişini avtomobil vurdu
Bakının Qaradağ rayonunda sərxoş halda yola çıxan şəxsi avtomobil vurub.
APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
1989-cu il təvəllüdlü Binyətov Teymur Hikmət oğlu yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik maşını vurub. Ağır vəziyyətdə olan yaralı sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Gundelik-Baku.Org