Bakıda FACİƏ: Sürət qatarı kişini vurub öldürdü

Bakıda FACİƏ: Sürət qatarı kişini vurub öldürdü
Bakıda sürət qatarı adamı vuraraq öldürüb.
Apa xəbər verir ki, hadisə Keşlə dəmir yolu stansiyasında qeydə alınıb.
Maşinist Mahir Ağayev və maşinist köməkçisi Pirverdi Həbibovun idarə etdiyi Sərnişin Daşıma Departamentinə məxsus "Stadler- EŞ- 019" saylı Biləcəri- Keşlə- Bakı istiqamətində sürətli elektrik sərnişin qatarı dəmiryolunu keçən Araz Məmmədovu vurub. Araz Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org