Balakəndə 4 yaşlı uşağı maşın vuraraq öldürüb

Balakəndə 4 yaşlı uşağı maşın vuraraq öldürüb
Balakəndə avtomobil 4 yaşlı qızı vuraraq öldürüb.
Hadisə ötən gün saat 18:20 radələrində rayonun Hənifə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman 2018-ci il təvəllüdlü Mirvari Allahverdiyevanı vurub.
Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Gundelik-Baku.Org