Qonaq dostunu onun evində bıçaqlayıb

Qonaq dostunu onun evində bıçaqlayıb
Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
Füzuli küçəsi döngə 1, ev 5 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Hüseynov Tərlan Yaşar oğlu evində tanışı tərəfindən bıçaqlanıb. O, sol döş qəfəsi və baldırından kəsilmiş-deşilmiş xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları araşdırır.
Gundelik-Baku.Org