Bakıda məktəbyaşlı qızların ən çox nikaha cəlb olunduğu rayon açıqlanıb

Bakıda məktəbyaşlı qızların ən çox nikaha cəlb olunduğu rayon açıqlanıb
Ötən tədris ilində Bakının Qaradağ rayonunda məktəbyaşlı qızlar arasında erkən nikah halları daha çox müşahidə olunub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva "Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün məktəbyaşlı qızların erkən nikaha cəlb edilməsi narahatlıq doğuran məsələlərdəndir: "Ötən ilin statistikası onu deməyə əsas verir ki, Qaradağ rayonunda erkən nikah halları daha çox müşahidə olunub. Bundan başqa, ötən tədris ilində 27 şagirdi məktəbdən kənarda maşın vurub. Bu da o deməkdir ki, məktəblərin yaxınlığında yol şəraiti ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır".

Gundelik-Baku.Org