Gəncədə qəza - Xəsarət alanlar var

Gəncədə qəza - Xəsarət alanlar var
Gəncədə hərəkətdə olan minik maşını motosikletlə toqquşub.
Hadisə nəticəsində 1991-ci il təvəllüdlü Baxışov Tural və 1996-cı il təvəllüdlü Balayev Elşən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org