Bakıda daha bir qəza: Üç avtomobil bir-biri ilə toqquşdu

Bakıda daha bir qəza: Üç avtomobil bir-biri ilə toqquşdu
Xətai rayonu, Babək prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Hadisə zamanı “KİA Optima”, “Nissan Kicks” və BMW markalı avtomobillər toqquşub.
Məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.


Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Qazax yolunun Qobustandan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gundelik-Baku.Org