Oğuzda qəza - Xəsarət alan var

Oğuzda qəza - Xəsarət alan var
Oğuzda buzlu yolda idarəetmədən çıxan avtomobil ağaca dəyib, xəsarət alan var.
"Unikal" xəbər verir ki, hadisə rayonun Oğuz-Bayan avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib. "Mercedes" markalı avtomobil buzlu yolda idarəetmədən çıxaraq yol kənarındakı ağaca dəyib, nətəcəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org