Şamaxıda ana və 10 yaşlı qızı dəm qazından zəhərləndi

Şamaxıda ana və 10 yaşlı qızı dəm qazından zəhərləndi
Şamaxı rayonunda bir ailənin iki üzvü dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Şəhriyar qəsəbəsində qeydə alınıb. Rayon sakini, 1995-ci il təvəllüdlü Piriyeva Nuridə Nail qızı azyaşlı övladı, 2013-cü il təvəllüdlü Məmmədova Sevər Şakir qızını hamamda çimizdirərkən kustar üsulla quraşdırılan su qızdırıcısından içəri daxil olan dəm qazından zəhərlənib. Ana və uşağı təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org