"Putin Yeni ildə Ukraynada genişmiqyaslı hücuma keçə bilər"

"Putin Yeni ildə Ukraynada genişmiqyaslı hücuma keçə bilər"
"Rusiya Yeni il ərəfəsində xüsusilə qanadlı raketlərdən istifadə etməklə genişmiqyaslı hücuma keçə bilər".  
Bunu Ukraynanın energetika naziri Herman Haluşenko yerli KİV-ə müsahibəsində deyib. 
O, "Ruslar enerji şəbəkəmizə hücumlarından əl çəkməyib. Yeni il isə enerji şəbəkəmizə zərər vurmağa çalışacaqları tarixlərdən biri ola bilər"  - deyib.
Ukraynalıların Yeni ili problemsiz qarşılaya bilmələri üçün enerji infrastrukturunun mümkün qədər tez təmir olunduğunu vurğulayan Haluşenko bunun “Rusiyanın yeni hücumları olmadan mümkün olacağını”,-  deyib.
Rusiya lideri Putin daha əvvəl Ukraynanın enerji infrastrukturuna hücum etdiyini açıqlamışdı. 
Gundelik-Baku.Org