"Rusiya-Ukrayna müharibəsi Yeni ilə qədər bitəcək" - Türkiyəli analitik

"Rusiya-Ukrayna müharibəsi Yeni ilə qədər bitəcək" - Türkiyəli analitik
"Yeni il qabağı Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatların başa çatdığını elan edə bilər".  
Bunu türkiyəli analitik Erkan Altparmak yerli KİV-lərdən birinə müsahibəsində deyib. 
Onun sözlərinə görə, Qərb ölkələri Yeni ildən əvvəl Moskva və Kiyevi danışıqlara başlamağa sövq edə bilərlər:
"Hesab edirəm ki, vəziyyətin normallaşması çox tez, yaxın iki-üç ay ərzində başlaya bilər. Hazırda Qərbin və Kiyevin hərəkətləri çox önəmlidir. İstər sülh, istərsə də qeyri-sabitlik, bu, həmişə diqqətdə saxlanılmalıdır”, -  Erkan Altparmak bildirib. 
Gundelik-Baku.Org