"Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala bilər" - Ərdoğan

"Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala bilər" - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Avropanı yanacaqla təmin etmək üçün qaz qovşağının yaradılmasında razılığa gəldiyini bildirib. 
Türkiyə lideri çıxışı zamanı qeyd edib ki, Avropa ölkələri indi qarşıdan gələn qışda özlərini enerji ilə necə təmin edəcəklərini düşünürlər.
"Şükür Allaha, bizdə belə problem yoxdur. Üstəlik, cənab Putinlə son görüşümüzdə biz Türkiyədə qaz qovşağı yaratmaq barədə razılığa gəldik", - Ərdoğan deyib.
Onun sözlərinə görə, Putin özü onunla söhbətində Avropanın Rusiya qazından Türkiyə üzərindən istifadə edə biləcəyini açıqlayıb.
Gundelik-Baku.Org