Türkiyənin qaz qovşağında Rusiyanın tərəfdaşı bu ölkələr olacaq

Türkiyənin qaz qovşağında Rusiyanın tərəfdaşı bu ölkələr olacaq
"Əlcəzair, Qətər və Azərbaycan Türkiyədəki qaz qovşağında Rusiyanın tərəfdaşı ola bilərlər". 
Bu barədə  “Rossiya 24” telekanalının efirində Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, qaz qovşağının yaradılması ilə bağlı konkret qərarlar 2023-cü ildə qəbul edilə bilər.
Bundan əlavə, Novak bildirib ki, Türkiyədə qaz qovşağının yaradılması üzrə işlər davam edir.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul yaxınlığındakı Silivri yeraltı qaz anbarının yeni tutumlarının istifadəyə verilməsi mərasimində ölkəsinin ən qısa zamanda qlobal qaz qiymətləri mərkəzinə çevrilməyi planlaşdırdığını bildirmişdi.
“Biz Putinlə (Türkiyə ərazisində qaz qovşağının yaradılması məsələsi ilə bağlı) danışıqlar apardıq. Trakya enerji mərkəzinə çevriləcək. Məqsədimiz Türkiyəni mümkün qədər tez bir zamanda qlobal qaz qiymət mərkəzi kimi dayandırmaqdır”.
Oktyabrda Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Avropaya qaz nəqli üçün qovşağın yaradılmasını təklif edib. Dekabrın 4-də Türkiyə lideri bəyan edib ki, Ankara layihə üzrə hazırlıq işləri aparır.
Gundelik-Baku.Org