Bu gün bütün Ukraynada elektrik enerjisi kəsiləcək

Bu gün bütün Ukraynada elektrik enerjisi kəsiləcək
Rusiyanın enerji infrastrukturuna zərbə vurduğu Ukraynada bu gün bütün regionlarda planlı şəkildə elektrik kəsiləcək.

Rusiyanın son vaxtlar öz infrastrukturunu raketlərlə vurduğu Ukrayna ciddi enerji böhranı ilə üzləşib. Ukraynanın Milli Enerji Şirkəti "Ukrenerqo” Rusiyanın hava zərbələri nəticəsində enerji infrastrukturlarının zədələndiyini və bu səbəbdən noyabrın 21-də ölkə ərazisində elektrik enerjisinin kəsiləcəyini açıqlayıb.

Açıqlamada qeyd olunub ki, havaların soyuq keçməsi ilə əlaqədar olaraq həftəsonu elektrik enerjisinin kəsilməsi minimuma endirilməyə çalışılıb. "Noyabrın 21-i saat 00:00-dan 24:00-a qədər Ukraynanın bütün regionlarında elektrik enerjisinin verilməsində planlaşdırılan fasilələr həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.
Gundelik-Baku.Org