ABŞ Ukraynaya enerji infrastrukturunun ehtiyacları üçün yardım göndərdi

ABŞ Ukraynaya enerji infrastrukturunun ehtiyacları üçün yardım göndərdi
ABŞ Ukraynanın enerji infrastrukturunun ehtiyacları üçün öz avadanlıqlarının ilk partiyasını  göndərib.
Bu barədə ABŞ administrasiyasının nümayəndələri məlumat yayıblar.
Birinci partiyada təxminən 13 milyon dollar dəyərində avadanlıq var. Yük ABŞ hərbi bazalarından birindən göndərilib.
Bu, noyabr ayında elan edilmiş 53 milyon dollarlıq yardım paketinin bir hissəsidir. 
“Bizim strategiyamız ilk növbədə Ukraynaya özünü mülki enerji infrastrukturuna məqsədyönlü hücumlardan qorumağa kömək etməkdir, çünki bu, humanitar fəlakətə səbəb ola bilər”, - ABŞ administrasiyasından bildirilib.
Mənbə: Reuters
Gundelik-Baku.Org