Putin bu ərazilərin Rusiyanın tərkibinə keçməsi ilə bağlı GÖSTƏRİŞ VERDİ

Putin bu ərazilərin Rusiyanın tərkibinə keçməsi ilə bağlı GÖSTƏRİŞ VERDİ
Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi ilə bağlı Dövlət Dumasına məlumat verib.
Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib. 
“Rusiya Federasiyasının Prezidenti DXR, LPR, Zaporojye vilayəti və Xerson vilayətinin Rusiya Federasiyasında yeni subyektlər kimi qəbul edilməsi ilə bağlı təklifləri barədə Dövlət Dumasına məlumat verdi” , - o,  qeyd edib 
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, DXR və LXR, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri Rusiya Federasiyasına yeni subyektlərin qəbulu ilə bağlı dörd sazişin imzalanmasında iştirak edəcəklər. Kreml sözçüsü bildirib ki, əvvəlcə Rusiya dövlət başçısının həcmli çıxışı, daha sonra sənədlərin imzalanması mərasimi gözlənilir.
Bundan əvvəl Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin müstəqil ərazilər kimi tanınması haqqında fərmanlar imzalayıb.
Sentyabrın 30-da saat 15:00-da (Moskva vaxtı ilə) Rusiya prezidenti dörd yeni ərazinin Rusiya Federasiyasının tərkibinə daxil olmasına dair sazişləri imzalayacaq.
Gundelik-Baku.Org