Rusiya Kiyevdə enerji stansiyalarını hədəfə alıb

Rusiya Kiyevdə enerji stansiyalarını hədəfə alıb
Ukrayna Rusiya qüvvələrinin paytaxt Kiyevdəki enerji obyektini hədəfə aldığını açıqlayıb.
Xarici KİV xəbər verir ki, Ukrayna rəsmiləri və hadisə şahidləri Rusiya qüvvələrinin paytaxt Kiyevin şimalındakı enerji obyektlərini hədəfə aldığını və çoxsaylı partlayışlar nəticəsində şəhərdən tüstü qalxdığını bildirib.
Ukrayna prezidentinin ofisindən Kirilo Timoşenko Rusiyanın adı açıqlanmayan elektrik stansiyasına 3 dəfə hücum etdiyini açıqlayıb.
Kiyev meri hücumun "kritik infrastruktura" edildiyini və fövqəladə hallar işçilərinin əraziyə yönəldildiyini bildirib.
Gundelik-Baku.Org