Avstriya enerji infrastrukturunun bərpası üçün Kiyevə 5 milyon verəcək

Avstriya enerji infrastrukturunun bərpası üçün Kiyevə 5 milyon verəcək
Avstriya Ukraynaya enerji infrastrukturunun təcili təmiri üçün 5 milyon avro verəcək.
Bu barədə Federal Energetika Nazirliyi məlumat yayıb.
Avstriyanın energetika naziri Leonore Gewessler və vitse-kansler Verner Koqlerin birgə bəyanatında deyilir ki, bu yolla Vyana mülki əhaliyə dəstək verməyi planlaşdırır.
Nazir vəsaitin Kiyevə köçürülməsini Ukraynanın dağılmış infrastrukturunun bərpası üçün zəruri olan həmrəylik aktı adlandırıb.
Gundelik-Baku.Org