Britaniya Ukraynaya yeni yardım paketini açıqladı

Britaniya Ukraynaya yeni yardım paketini açıqladı
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və qış ərəfəsində Ukraynaya yeni yardım paketini açıqlayıb.
Xarici KİV xəbər verir ki, Kleverli rusların Ukraynanın mülki infrastrukturunu, xəstəxanalarını və enerji sistemini atəşə tutması praktikasını kəskin şəkildə pisləyib.
O, əmin edib ki, ruslar amansız raket hücumları və partlayışlarla ukraynalıların iradəsini qıra bilməyəcəklər. 
Ukraynaya verilən yeni yardım paketinin təfərrüatları hələlik qeyud olunmur. Lakin onun milyonlarla funt sterlinq olduğu bildirilir. 
Gundelik-Baku.Org