İranda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib

İranda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib
İranın Boyer-Əhməd şəhristanının mərkəzi şəhəri Yasucda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
Partlayışdan dərhal sonra ərazidə güclü yanğın başlayıb.
İranın sosial şəbəkə istifadəçiləri tərəfindən yayımlanan videoda şiddətli alovun bir neçə metr yüksəkliyə qalxdığı görünür.  
Hələlik partlayışın hansı səbəbdən baş verdiyi bildirilmir.

Mənbə: Tasnim
Gundelik-Baku.Org