Ticarət obyektindəki yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)

Ticarət obyektindəki yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)
Bakı şəhərində yerləşən ikimərtəbəli obyektdə baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
*** 10:08
Bakı şəhəri, Binəqədi rayonu 8-ci mikrorayon Naxçıvani küçəsi 55 ünvanında güclü yanğın başlayıb.
Hadisə sözügedən ərazidə yerləşən zavodda baş verib.
Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.



Gundelik-Baku.Org