Türkiyədə yanacaqdoldurma məntəqəsində atışma - 2 ÖLÜ

Türkiyədə yanacaqdoldurma məntəqəsində atışma - 2 ÖLÜ
Türkiyənin paytaxtı Ankara şəhərinin Altındağ rayonundakı yanacaqdoldurma məntəqəsində atışma baş verib. 
Türkiyə KİV-ləri xəbər verir ki, Ömər Halisdemir bulvarında baş verən hadisəyə səbəb iki şəxs arasında olan düşmənçilik olub. 
Belə ki, Hüseyn Y. və Resul K. yanacaqdoldurma məntəqəsində tapançadan bir-birlərinə atəş açıblar.
Bundan sonra ağır güllə yarası alan hər iki silahlı hadisə yerində ölüb. 
Gundelik-Baku.Org