Rusiyada neft emalı zavodunda güclü partlayış - Ölən və yaralananlar var

Rusiyada neft emalı zavodunda güclü partlayış - Ölən və yaralananlar var
Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində neft emalı zavodunda güclü yanğın  baş verib. 
Hadisə zamanı 2 nəfər ölüb, xəsarət alanların sayı 5 nəfərdir. 
Vilayətin qubernatoru İqor Kobzevun məlumatına görə, partlayışdan sonra yanğın 2,5 min kvadratmetr ərazini əhatə edib.
Baş verən qəzaya səbəb texnoloji qurğuların sistemlərinin qazla çirklənməsi olub.
Gundelik-Baku.Org