Myanmada həbsxanada partlayış: Ölənlər var

Myanmada həbsxanada partlayış: Ölənlər var
Myanmanın ən böyük həbsxanalarından biri olan paytaxt Yanqondakı "İnsein" həbsxanasında partlayış baş verib.
Xarici KİV xəbər verir ki, partlayışın ardınca baş verən yanğında ziyarətçilər də daxil olmaqla ən azı 8 nəfər həlak olub. Ölənlərdən 3-ü məmur olub. Hadisə nəticəsində 15 nəfər  yaralanıb. 
Əksəriyyəti siyasi məhbus olan təxminən 10 min məhkumun yerləşdiyi həbsxanada partlayışdan sonra toqquşma olub. Belə ki, polis rəsmiləri partlayışlardan sonra həbsxananın gözətçi qülləsindən atəş açıldığı barədə məlumat paylaşıblar.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Gundelik-Baku.Org