Rusiyada magistral qaz xəttində güclü partlayış Avropada qazın qiymətini kəskin artırdı

Rusiyada magistral qaz xəttində güclü partlayış Avropada qazın qiymətini kəskin artırdı
Rusiyanın Çuvaşıstan Respublikasının ərazisində magistral qaz kəmərində partlayış olub.
Yerli sakinlərin sözlərinə görə, yanğın baş verən ərazidə temperatur o qədər yüksəkdir ki, insanlar evlərinə yaxınlaşa bilmirlər.
Artıq yanğını aradan qaldırmaq üçün aidiyyəti qurumların səfərbərliyi elan edilib.
Hadisədən dərhal sonra Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 200 dollara qalxıb.

Mənbə: İzvestiya
Gundelik-Baku.Org