Rusiyada qaz kəmərində partlayış olub, 3 nəfər ölüb - YENİLƏNİB

Rusiyada qaz kəmərində partlayış olub, 3 nəfər ölüb - YENİLƏNİB
Rusiyada, Urenqoy-Pomarı-Ujqorod magistral ixrac qaz kəmərində baş verən partlayış nəticəsində 3 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.
Fövqəladə Hallar Nazirliyinin Çuvaşiya Respublikası üzrə Baş İdarəsindən bildirilib ki, hadisə Çeboksardan təxminən 50 km cənubda baş verib.
Yambaxtino kəndi yaxınlığında yeraltı qaz kəmərində yanğınla nəticələnən sızma baş verib.
16:20
Rusiyada, Çuvaşiya respublikasında magistral qaz kəmərində güclü yanğın və partlayış baş verib.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 
Hazırda partlayışın səbəbləri araşdırılır. Yerli hakimiyyət orqanları yanğın nəticəsində bir ev və avtomobilə ziyan dəydiyini bildirir.



Gundelik-Baku.Org