Fransada kimya zavodunda güclü partlayış

Fransada kimya zavodunda güclü partlayış
Noyabrın 10-da Fransada kimya zavodunda güclü partlayış baş verib.
Xarici KİV xəbər verir ki, Jarri kommunasında Arkema zavodunda yanğınla müşayiət olunan bir neçə partlayış baş verib.
İlkin məlumata görə, hadisə qablaşdırma sexində baş verib.
Hazırda yanğınsöndürənlər vəziyyəti yanğını nəzarətə almağa çalışırlar. Hadisə nəticəsində itkilərin olmadığı deyilir.



Gundelik-Baku.Org