Qüdsdə bombalı hücum - 18 yaralı (YENİLƏNİB)

Qüdsdə bombalı hücum - 18 yaralı (YENİLƏNİB)
Yerusəlimdə avtovağzalda və şəhərin şimal hissəsindəki Ramon qovşağında baş verən partlayışlar nəticəsində 18 nəfər yaralanıb. 
"Jerusalem Post" qəzeti xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır. 
İsrail hüquq-mühafizə orqanları partlayışın hansı səbəblərdən baş verdiyi və kimin törətdiyini araşdırır. 
xxx
10:25
Qüdsdə avtobus dayanacağı yaxınlığında güclü partlayış baş verib.
Xarici KİV xəbər verir ki, səlahiyyətlilər ən azı 7 nəfərin yaralandığını və ərazidə böyük dağıntıların olduğunu bildiriblər.
İsrail ordusunun radiosu partlayışa bombanın səbəb olduğunu açıqlayıb. 
Gundelik-Baku.Org