Donetskdə dəmiryol vağzalına “HİMARS” mərmisi düşdü

Donetskdə dəmiryol vağzalına “HİMARS” mərmisi düşdü
Ukraynanın Donetsk şəhərindəki dəmiryol vağzalında güclü yanğın baş verib.
Bu barədə “UNİAN” məlumat yayıb.
Bildirilib ki, ilk yanğınsöndürmə briqadası hadisə yerinə gələndə yanğının mənbəyinin ikinci mərtəbədə olması məlum olub. Yanğına səbəb partlayış olub.
Qeyd olunub ki, hadisədən dərhal sonra “DXR”-in administrasiya rəhbəri Aleksey Kulevzin dəmiryol vağzalına “HİMARS” zenit raket kompleksinin mərmisi düşdüyünü bildirib.
 
Gundelik-Baku.Org