İstanbulda partlayış: Xəsarət alanlar var

İstanbulda partlayış: Xəsarət alanlar var
İstanbulda qaz sızmasından partlayış olub.
Hadisə Övliya küçəsində qeydə alınıb.Ərazidə qazma işləri zamanı qaz sızmasından partlayış baş verib.
Hadisə nəticəsində 10 nəfər yaralanıb.
Partlayışdan sonra baş verən alov üçmərtəbəli binanın giriş hissəsində fəsad törədib.
Hadisə nəticəsində xəsarət alan 3 nəfər qazma işləri aparan şirkətin işçiləri olub.
Gundelik-Baku.Org