Peruda etiraz aksiyalarında 3 nəfər öldü
Perunun mərkəzində Xunin əyalətində etirazçılarla polis arasında toqquşmalar nəticəsində 3 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
TASS xəbər verir ki, bu barədə Perunun Regional Səhiyyə Departamenti feysbuk səhifəsində məlumat yayıb.
Bildirilib ki, Piçanaki rayonunda baş verən toqquşmalarda 52 nəfər - 43 mülki şəxs və 9 polis əməkdaşı yaralanıb.
Xatırladaq ki, Perunun sabiq Prezidenti Pedro Kastilyo dekabrın 7-də vəzifəsindən uzaqlaşdırıldıqdan sonra bu ölkədə genişmiqyaslı etirazlar başlayıb. Nümayişçilər yolları bağlayır, hava limanlarına daxil olur, dövlət və hüquq-mühafizə orqanlarının binalarına hücum edirlər. İndiyədək hökumət əleyhinə nümayişlər zamanı baş vermiş toqquşmalarda 20-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb.
Peruda dekabrın 14-dən bəri 30 günlük fövqəladə vəziyyət elan edilib.