Meksikda avtobus uçuruma düşüb, 3 nəfər ölüb, 36 nəfər yaralanıb

Meksikda avtobus uçuruma düşüb, 3 nəfər ölüb, 36 nəfər yaralanıb
Meksikanın Oaxaka ştatının Sierra Juarez şəhərində sərnişin avtobusunun uçuruma düşməsi nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb.

Bu barədə xarici KİV xəbər verir.

Bildirilib ki, 40 nəfər sərnişinin olduğu avtobus azı 200 metrlik uçuruma düşüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Amma qəzanın baş verməsinin səbəblərindən birinin sürücünün idarəetməni itirməsi olduğu güman edilir.



Gundelik-Baku.Org