Parisdə atışma nəticəsində 5 polis yaralanıb

Parisdə atışma nəticəsində 5 polis yaralanıb
Parisdə atışma baş verən yerdə toplaşan kürd icmasının üzvləri ilə dava zamanı 5 polis əməkdaşı yaralanıb.
Bu barədə BFM telekanalı məlumat yayıb .
Telekanalın məlumatına görə, kürdlər asayiş keşikçilərinə hücum edib, buna cavab olaraq polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bir nəfər saxlanılıb.
Dekabrın 23-də Parisin onuncu rayonunda, kürd mədəniyyət mərkəzinin yaxınlığında bir nəfər Rue Enghien küçəsində atəş açıb. Atışma nəticəsində 3 nəfər ölüb, xəsarət alanlardan ikisinin vəziyyəti ağır, daha ikisinin vəziyyəti orta ağır qiymətləndirilir.
Gundelik-Baku.Org