Müharibədə 332 uşaq itkin düşüb

Müharibədə 332 uşaq itkin düşüb
Ukraynada hazırda Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri 332 uşaq itkin düşmüş hesab edilir.
Bu barədə Ukrayna Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
"2022-ci il dekabrın 21-nə olan məlumata görə, 332 nəfər itkin düşüb, 8385 nəfər tapılıb. Ukraynada genişmiqyaslı müharibə nəticəsində 450 uşaq həlak olub, 863 uşaq yaralanıb. Yəni, hazırda Ukraynada Rusiya Federasiyası ilə genişmiqyaslı müharibə nəticəsində 1313-dən çox uşaq zərər çəkib",-  məlumatda deyilir. 
Gundelik-Baku.Org