Perudakı etirazlarda 119 polis yaralanıb - YENİLƏNİB

Perudakı etirazlarda 119 polis yaralanıb - YENİLƏNİB
Peruda ölkənin eks-Prezidenti Pedro Kastilyonun tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı həlak olanların sayı 7-yə çatıb.
Xarici KİV xəbər verir ki, aksiyalar zamanı 119 polis əməkdaşı yaralanıb, daha bir neçəsi isə qaçırılıb.
Aksiyalar səbəbindən təhsil müəssisələrində əyani təhsil dayandırılıb, xəstəxanalarda isə təhlükəsizlik tədbirləri gücləndirilib.
***09:22
Peruda hökumət əleyhinə etirazlarda azı 4 nəfər ölüb, 38 nəfər yaralanıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi öz "Twitter" səhifəsində bildirib.
"Səhiyyə Nazirliyi bildirir ki, indiyədək ölkənin müxtəlif bölgələrində keçirilən nümayişlər zamanı 8 nəfər xəstəxanaya yerləşdirilib, 30 nəfər xəstəxanadan buraxılıb, 4 nəfər ölüb", - deyə qeyd olunub.
Gundelik-Baku.Org