Hindistanda yük maşını avtobus dayanacağına çırpılıb: Çox sayda ölü və yaralı var

Hindistanda yük maşını avtobus dayanacağına çırpılıb: Çox sayda ölü və yaralı var
Hindistanın Madhya-Pradeş ştatında yük maşınının avtobus dayanacağındakı insanları vurması nəticəsində azı altı nəfər ölüb, 20-yə yaxın adam yaralanıb.
Hadisə Ratlam bölgəsində baş verib.
10 yaralı xəstəxanaya yerləşdirilib.
Yük maşınının sürücüsü həbs edilib. Polis araşdırmaya başlayıb.
Mənbə: NDTV



Gundelik-Baku.Org