Rusiyada hərbi maşın səfərbər olunanların kolununa çırpıldı - Ölən və yaralananlar var

Rusiyada hərbi maşın səfərbər olunanların kolununa çırpıldı - Ölən və yaralananlar var
Rusiyanın Arxangelsk vilayətinin Plesetsk rayonunda hərbçinin idarə etdiyi "KamAZ" çağırışçıların karvanına çırpılıb. 
"İzvestiya" xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib. Yük maşınının toqquşması nəticəsində 20 hərbçidən ikisi həlak olub. Onlardan biri yerində, digəri xəstəxanada dünyasını dəyişib. Bundan əlavə, qəzada 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib.
Yük maşınının sürücüsü müqavilə əsasında xidmət edirdi.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Gundelik-Baku.Org