Türkiyədə avtobus aşdı: 39 yaralı

Türkiyədə avtobus aşdı: 39 yaralı
Türkiyədə Bartın-Zunquldağ avtomobil yolunun Akçamescit hissəsində sərnişin avtobusu aşıb. 
Türkiyə KİV-ləri xəbər verir  ki, hadisə nəticəsində 39 nəfər yaralanıb.
Hadisə yerinə jandarm, təcili tibbi yardım heyəti və yanğınsöndürənlər cəlb olunub.
Qəzanın baş vermə səbəbi  araşdırılır. 
Gundelik-Baku.Org