Türkiyədə dəhşətli qəzanın görüntüləri: TIR sərnişin avtobusuna çırpıldı

Türkiyədə dəhşətli qəzanın görüntüləri: TIR sərnişin avtobusuna çırpıldı
Türkiyənin Uşak vilayətində TIR-ın qırmızı işıqda keçməsi qəzaya səbəb olub.
Belə ki, TIR sərnişin avtobusuna çırpılıb. Nəticədə 20 nəfər yaralanıb.
Hadisə yerinə polis və xilasedici qruplar cəlb ediliblər. Yaralılardan birinin vəziyyəti ağırdır.
Yük maşınının sürücüsü nəzarətə götürülüb.
Avtobusdakı 25 sərnişin fabrik işçiləri olub.

Mənbə: Haber Global
Gundelik-Baku.Org