Braziliyalı siyasətçi polisə qumbara atdı

Braziliyalı siyasətçi polisə qumbara atdı
Braziliyalı siyasətçi Rio-de-Janeyro ştatında onu həbs etmək üçün evinə gələn polis əməkdaşlarına qumbara atdığı üçün saxlanılıb.
İfrat sağçı prezident Jair Bolsonaronun Braziliyadakı müttəfiqlərindən olan Roberto Cefferson onu həbs etmək üçün evinə gələn polislərə bir neçə dəfə atəş açıb,  daha sonra isə o əl qumbarasını partladıb. 
Hadisə nəticəsində polis maşınının ön şüşəsi sınıb, iki məmur yaralanıb.   
Belə ki, Ali Məhkəmə ev dustaqlığı şərtlərini pozduğuna görə PTB partiyasının keçmiş lideri, 69 yaşlı siyasətçinin həbsinə qərar verib.
Cefferson hazırda baş hakimi hədələdiyi üçün yenidən ev dustaqlığına buraxılıb. 
Bolsonaro isə hadisəyə reaksiya göstərərək polisə atəş açan hər kəsin həbs edilməli olduğunu bildirib.
Gundelik-Baku.Org