Türkiyədə ağır qəza - 2 ölü, 30 yaralı

Türkiyədə ağır qəza - 2 ölü, 30 yaralı
Türkiyədə dəhşətli yol qəzası baş verib. 
Hadisə Sivas şəhərinin Gürün bölgəsində qeydə alınıb.
Türkiyə KİV-nin yaydığı məlumata əsasən, içərisində immiqrantlar olan avtobus aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsindəki 2 nəfər vəfat edib, 30 nəfər isə müxtəlif dərəcələri xəsarətlər alıb. Yaralılardan 6-sının vəziyyətinin ağır olduğu bildirilib. 
Hadisə yerinə təcili tibbi yardım maşınları və polislər cəlb olunublar. Qəzanın baş verəm səbəbləri hələ ki, məlum deyil.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb. 



 
Gundelik-Baku.Org