Hindistanda faciə: Azyaşlılar qatarın altında qaldılar

Hindistanda faciə: Azyaşlılar qatarın altında qaldılar
Hindistanın şimal-qərbində yerləşən Pəncab ştatının Rupnaqar şəhərində dörd uşaq sərnişin qatarının altında qalıblar.
Faciə 7-11 yaşlı dörd oğlanın dəmiryol relslərində oynaması zamanı baş verib.
Hadisə nəticəsində uşaqlardan üçü ölüb, bir nəfər isə yaralanıb.
Ştat polisi faktla bağlı araşdırmalara başlayıb.
Mənbə: NDTV
Gundelik-Baku.Org