ABŞ-da küçədə atışma - Ölən və yaralananlar var

ABŞ-da küçədə atışma - Ölən və yaralananlar var
ABŞ-ın Corciya ştatında Atlantada atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə “FOX-5 Atlanta” məlumat yayıb.
Məlumata görə, hadisə şənbə günü axşam saatlarında 17-ci küçə körpüsünün yaxınlığında baş verib.
Polisin məlumatına görə, atışma iki qrup gənc arasında münaqişə zamanı başlayıb. Bir nəfərin hadisə yerində öldüyü bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.
Gundelik-Baku.Org