Məşhur rejissorun həyat yoldaşı yanğında ÖLDÜ

Məşhur rejissorun həyat yoldaşı yanğında ÖLDÜ
Rejissor və aktyor Stanislav Qovoruxinin dul arvadı Qalina Qovoruxina Yeni Moskvanın Lesnoye Ozero kəndində baş verən yanğında ölüb.
Bu barədə fövqəladə xidmətlərdən bildiriblər.
"Stanislav Qovoruxinin dul arvadı Qalina Lesnoye Ozero kottec kəndində baş verən yanğında ölüb", - mənbə bildirib.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin şəhər baş idarəsinin mətbuat xidmətindən bildiriblər ki, Lesnoye Ozero kottec kəndində çardaqlı fərdi evdə yanğın baş verib. Yanğının sahəsi 100 kvadratmetr olub. Yanğın söndürülüb.  İdarə yanğın zamanı bir nəfərin öldüyünü təsdiqləyib.
Qalina Qovoruxina 1948-ci ildə anadan olub. Odessa kinostudiyasında işləyib. 
Gundelik-Baku.Org