Rusiyada tikinti bazarı yandı
Moskvanın cənubunda yerləşən "Stroymaster" tikinti bazarında güclü yanğın baş verib.
Xarici KİV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin operativ növbətçiliyinə gələn məlumatdan sonra əraziyə yanğınsöndürmə qüvvələri cəlb edilib.
"İlkin məlumata görə, tikinti bazarının ərazisində tikinti pavilyonlarında yanğın baş verib. Yanğının sahəsi təxminən 150 kvadratmetr olub", - məlumatda deyilir
Yanğın Bakı vaxtı ilə saat 17:40-da söndürülüb.