Balakəndə evdə yanğın oldu

Balakəndə evdə yanğın oldu
Balakəndə fərdi yaşayış evində yanğın olub. 
Yanğın bu gün səhər saatlarında Balakən şəhəri, Müslüm Maqamayev küçəsi, Orucov Vüqar Müslüm oğluna məxsus, ümumi sahəsi 360 kv/m ikimərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Balakən rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin ikinci mərtəbəsində bir otağın tavanı və otaqda olan ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. 
Faktla bağlı araşdırma aparılır. 
Gundelik-Baku.Org