DSX-nin Akademiyasındakı yanğında zəhərlənənlərin son vəziyyəti AÇIQLANDI

DSX-nin Akademiyasındakı yanğında zəhərlənənlərin son vəziyyəti AÇIQLANDI
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənənlərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, yanğın hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib:

"Onlar ambulator müalicə üçün evə buraxılıblar”.

Qeyd edək ki, ötən gün DSX-nin Akademiyasındakı baş verən yanğın zamanı 14 nəfər tüstüdən zəhərlənib.
Gundelik-Baku.Org