Moskvanın ən böyük bazarlarından birində yanğın başlayıb

Moskvanın ən böyük bazarlarından birində yanğın başlayıb
Moskvanın ən böyük bazarlarından biri olan "Sadovod" bazarında yanğın baş verib. 
TASS xəbər verir ki, hazırda insanlar bazardan təxliyə edilir. 
Fövqəladə hallar xidmətindən verilən açıqlamaya görə, yanğın bazarın ticarət pavilyonlarında başlayıb. 
Hadisə yerində 20-dən çox yanğınsöndürmə briqadası göndərilib. 
Qeyd edək ki, bazarın ümumi sahəsi 40 hektardan çoxdur. 
Gundelik-Baku.Org